"Barselona" matçı uddu, İniestanı isə itirdi

30.09.2015 12:30     Sport reaksiya     2169

Futbol üzrə Çempionlar Liqası çərçivəsində “Barselona” və “Bayer Leverkusen” qarşılaşmasında “Barselona”nın məşhur oyunçusu və kapitanı Andres İniesta zədələnib.

Reaksiya.az xəbər verir ki, matçın 60-cı dəqiqəsində zədələnən futbolçu 2 həftə yaşıl meydançadan uzaq qalacaq.

Qeyd edək ki, “Barselona”1-0 geridə olduğu oyunda son 10 dəqiqə ərzində vurduğu qollarla 2-1 hesabı ilə qalib gəlib.

Şərhlər