Ronaldo üçün tarixi gecə

01.10.2015 02:27     Sport reaksiya     2127

Kristiano Ronaldo karyerasındakı 500-cü qolunu vurub.

Reaksiya.az-ın məlumatına görə, portuqaliyalı forvard Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Malmö” – “Real Madrid” qarşılaşmasında hesabı açmaqla özü üçün rekord və yubiley müəyyənləşdirib.

Qeyd edək ki, 30 yaşlı futbolçu bu göstəriciyə karyerası ərzində klublar və yığma səviyyəsində keçirdiyi 753-cü matçında imza atıb.

Əlavə olaraq bildirək ki, bu qol həm də Kriştianonun “Real” üçün Çempionlar Liqasında vurduğu 66-cı qoldu.

Şərhlər