Bu gün "Qarabağ" və "Qəbələ" meydana çıxacaq

01.10.2015 08:03     Sport reaksiya     1888

Bu gün Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək.
Reaksiya.az-ın məlumatına görə, təmsilçilərimizdən “Qarabağ” da növbəti  sınağına çıxacaq.
Qurban Qurbanovun komandası Bakıda Belçikanın “Anderlext” klubunu qəbul edəcək. 
İlk turda “Tottenhem”ə uduzan Ağdam klubu doğma meydanda, 33 qat Belçika çempionu ilə oyunda ilk xalını qazanmağa çalışacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

 

Həmçinin digər təmsilçimiz "Qəbələ" də bu gün meydana çıxacaq. Roman Qriqorçukun komandası səfərdə Rusiyanın “Krasnodar” klubu ilə üz-üzə gələcək.Ardıcıl 6 avrokubok matçında uduzmayan “Qəbələ” uğurlu seriyanı davam etdirməyə çalışacaq. Qələbə sayəsində komandamız ilkə imza ata bilər. Təmsilçimiz avrokuboklarda səfər qələbəsi qazanmayıb.

“Kuban” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 00:05-də başlayacaq.

Şərhlər