Gənc jurnalistlər Oyunlar zamanı Azərbaycanı təmsil edəcək.

14.06.2015 16:03     Sport reaksiya     1941

Azərbaycan İdman Jurnalistləri Assosiasıyasının (AİJA) AIPS, Bakı2015 Birinci Avropa oyunları Təşkilat Komitəsi ilə əməkdaşlığının nəticəsi olaraq dünyanın 12 ölkəsindən gələn gənc jurnalistlər "AİPS GƏNC REPORTYORLAR PROQRAMI" üzrə oyunlar boyu təlim və treninqlərdə müasir idman jurnalistikasınin incəliklərinə yiyələnir, praktik fəaliyyətlə məşğul olurlar.
 
AİJA-nın təqdimatı və təşkilati dəstəyi ilə Azərbaycandan  2 gənc jurnalist Azərbaycanı təmsil edir . Təranə Xudabaxşiyeva və daha bir gənc reportyor Ləman Səfərli. Onlar Bakı 2015 Avropa Oyunlarının sonunadək Media kəndində qalacaqlar və oyunları işıqlandıracaqlar. Layihədə Maltadan, Qazaxıstan, Serbiyadan, Avstriyadan, Estoniyadan, Yunanıstandan, Uqanadan və başqa ölkələrin gənc jurnalistləri iştirak edir.

Şərhlər

Çox oxunanlar