“Barselona”da bu mövsüm 10 oyunçu zədələnib

01.10.2015 17:42     Sport reaksiya     2063

İspaniyanın “Barselona” komandasında oyunçuların zədələnməsi şoku davam edir.

Reaksiya.az xəbər verir ki, sol dizindən aldığı zədə səbəbindən təxminən 2 ay meydançalardan uzaq qalan argentinalı ulduz Lionel Messinin ardından Andres İniesta da zədələnib. Katalon klubunda bu mövsüm 10 oyunçu bu problemi yaşayıb.

Ötən mövsümün tamamında 15 oyunçusu olan “Barselona”da bu mövsüm hələki La Ligada 6 həftə arxada qalmasına baxmayaraq 10 oyunçunun zədələnməsi bəzi suallar doğurub.

“Barselona”da bu mövsüm Dani Alves, Klaudio Bravo, Thomas Vermaelen, Jordi Alba, Douglas, Rafinha, Neymar, Sandro Ramirez, Lionel Messi ve Andres İniesta kimi oyunçular fərqli müddətlərlə komandalarını tək qoyub.

“Barselona”nın baş məşqçisi Luis Enrique “Bayer Leverkusen”lə  oyundan sonra keçirilən mətbuat konfransında belə deyib: "İniestanın zədələnməsi çox kədərli bir xəbərdir. Üst-üstə gələn zədələr sanki zarafat kimidir".

Şərhlər