"Qarabağ"dan möhtəşəm qələbə! - VİDEO

01.10.2015 23:53     Sport reaksiya     2064

Xəbər verdiyimiz kimi bu gün UEFA Avropa liqində qrup mərhələsinin növbəti oyunları start götürüb. Təmsilçimiz "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Belçika çempionu "Anderlext"i qəbul edib. Bakı vaxtı ilə saat 22:00-da başlayan oyun təmsilçimizin minimal hesablı qələbəsi ilə başa çatıb. Riçard Almeyda oyunun 36-cı dəqiqəsində hesabı açıb və oyun bu hesabla yekunlaşıb.

Şərhlər