Güləşçilərimiz hərbçilərin dünya idman oyunlarında iştirak edəcəklər
02.10.2015 04:17 Sport reaksiya 1805
Bu gün Koreya Respublikasının Munqyeonq şəhərində hərbçilərin 6-cı dünya idman oyunları start götürəcək.
Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edəcək. Güləş üzrə yığma komandaların bəzi üzvlərinin də iştirak edəcəyi mötəbər turnir oktyabrın 10-dək davam edəcək.
Yunan-Roma güləşi yarışlarında Ramiz Məmmədov (59 kq), Cavid Əsədzadə (66 kq), Samran Nəsibov (71 kq), Cavid İbrahimli (75 kq), Rafiq Hüseynov (80 kq), Soltan İsmayılov (85 kq) və Türmən Eyyubov (98 kq), sərbəst güləş yarışlarında isə Ruslan Qasımov (57 kq), Mircəlal Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), İbrahim Yusubov (86 kq) və Roman Bəkirov (97 kq) mübarizə aparacaqlar.
Proqrama əsasən, oktyabrın 6-7-də sərbəst, 9-10-da isə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edəcək.
Şərhlər