Daha bir idmançımız qızıl medal qazandı - Ayxan Mamayev

14.06.2015 20:13     Sport reaksiya     3166

84 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Mamayev yunan, ukraynalı və fransız rəqibləri ilə döyüşlərdə 2 qələbə qazanmaqla - müvafiq olaraq, 0:0, 6:3, 6:1 - yarımfinal mərhələsinə adlayıb. 

Ardından A.Mamayev yarımfinal görüşünə çıxıb. O, kosovalı Alvin Karaqi ilə qarşılaşıb. Rəqibini 6:1 hesabı ilə məğlubiyyətə uğradan karateçimiz finala yüksəlib. 

Finalda yunan rəqibinə qalib gələn Ayxan Mamayev ölkəmizə 5-ci qızıl medalı qazandırıb. 

Şərhlər

Çox oxunanlar