Azərbaycan üçün 6-cı qızıl medal - Elvin Mürsəliyevdən

14.06.2015 20:29     Sport reaksiya     2259

Elvin Mürsəliyev 1/8 final mərhələsində Rumıniya idmançısı İonel Puskasu ilə qarşılaşıb. 

Güləşçimiz rəqibi ilə 2:2 hesablı bərabərə qalsa da, rumın güləşçinin hesabında bir xəbərdarlıq olduğundan növbəti mərhələyə Azərbaycan təmsilçisi vəsiqə qazanıb. 

Elvin Mürsəliyev 1/4 final mərhələsində Rusiya təmsilçisi Çingiz Labazanovla qarşılaşıb. Gərgin keçən döyüşdə güləşçimiz qələbə qazanıb - 4:2. 

Yarımfinaı mərhələsində gürcü idmançı Zurabi Datunaşvili ilə qarşılaşan güləşçimiz rəqibini 3:2 hesabı ilə məğlub edərək finala yüksəlib. 

Finalda 5:1 hesabı ilə qalib gələn Elvin Mürsəlov Azərbaycana sayca 6-cı qızıl medalı qazandırıb. Rusiya 5 qızıl medalla 2-ci, Türkiyə və İsveçrə hərəsinə 3 qızıl medalla sonrakı yerləri bölüşdürürlər.

Şərhlər