Millimizin heyəti açıqlandı

03.10.2015 05:35     Sport reaksiya     2013

Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliya, oktyabrın 13-də isə Bolqarıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin hər iki oyun üçün heyəti açıqlanıb.

Reaksiya.az xəbər verir ki, millinin heyətinə Kamran Ağayev (“Karşiyaka”, Türkiyə), Aqil Məmmədov (“Neftçi”), Anar Nəzirov (“Zirə”), Tərlan Quliyev (“Kəpəz”), Maksim Medvedev (“Qarabağ”), Bədavi Hüseynov (“Qarabağ”), Rəşad Sadıqov (“Qarabağ”), Arif Daşdəmirov (“Qəbələ”), Ruslan Abışov (“Qəbələ”), Pavel Paşayev (“Metallurg Zaporojye”, Ukrayna), Rəşad Sadiqov (“Qəbələ”), Qara Qarayev (“Qarabağ”), Cavid Tağıyev (“Qarabağ”), Əfran İsmayılov (“Qarabağ”), Dmitri Nazarov (“Karlsruhe”, Almaniya), Rəhman Hacıyev (“Neftçi”), Tuğrul Erat (“Fortuna Dusseldorf”, Almaniya), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Elnur Cəfərov (“Xəzər-Lənkəran”), Eddi İsrafilov (“SD Eibar”, İspaniya) və Ruslan Qurbanov (“Neftçi”) dəvət olunublar.

Şərhlər