Ötən gün daha 11 medal sahibini tapıb - onların 6-sı Azərbaycanındır
15.06.2015 01:05 Sport reaksiya 2014
Apasport.az saytının məlumatına görə, yunan-Roma güləşi, karate və triatlon yarışlarının medalçıları mükafatlandırılıblar.
Dünən 2 qızıl, 2 bürünc medal qazanan karate yığmamız uğurlu çıxışı bu gün də davam etdirib. Karateçilərimiz daha 2 qızıl medalı aktivimizə yazdırıblar.
Yunan-Roma güləşçilərimiz isə dünənki nailiyyəti təkrarlayıblar. “Klassiklər”imiz yenə 1 qızıl, 1 gümüş, 1 bürünc medala layiq görülüblər.
Triatlon yarışında ölkəmizi təmsil edən Rostislav Pevtsov kişilərin mübarizəsində 3-cü yeri tutaraq, “bürünc”ü boynundan asıb.
Beləliklə, Azərbaycan idmançıları Oyunların III günündə daha 6 medal əldə ediblər. Bunun 3-ü qızıl, 1-i gümüş, 2-si isə bürünc olub.
Bununla da Avropa Oyunlarının ilk üç günündən sonra 24 dəst medalçının adına aydınlıq gəlib. Ümumilikdə Bakıda medal qazanan idmançıların sayı 80-ə çatıb.
Qeyd edək ki, dünən 43 idmançı 13 dəst medala layiq görülmüşdü.
Yunan-Roma güləşi
Kişilər
66 kq
1. Artyom Surkov (Rusiya)
2. Miqran Arutyunyan (Ermənistan)
3. Həsən Əliyev (Azərbaycan)
3. İstvan Levai (Slovakiya)
75 kq
1. Elvin Mürsəliyev (Azərbaycan)
2. Viktor Nemes (Serbiya)
3. Dmitro Pişkov (Ukrayna)
3. Çingiz Labazanov (Rusiya)
85 kq
1. Davit Çakvetadze (Rusiya)
2. Yan Belenyuk (Ukrayna)
3. Ramsin Azizsir (Almaniya)
3. Metehan Başar (Türkiyə)
130 kq
1. Rıza Kayaalp (Türkiyə)
2. Sabah Şəriəti (Azərbaycan)
3. Heiki Nabi (Estoniya)
3. İoseb Çuqoşvili (Belarus)
Karate
Kata, kişilər
1. Uqo Damian Kuintero (İspaniya)
2. Mattia Busato (İtaliya)
3. Mehmet Yakan (Türkiyə)
Qadınlar
1. Sandra Ceymi Sançes (İspaniya)
2. Sandi Skordo (Fransa)
3. Dilarə Bozan (Türkiyə)
Kumite, kişilər
84 kq
1. Ayxan Mamayev (Azərbaycan)
2. Georgios Mixail Tzanos (Yunanıstan)
3. Uğur Aktaş (Türkiyə)
+84 kq
1. Enes Ərkan (Türkiyə)
2. Conatan Horne (Almaniya)
3. Martin Nestorovski (Makedoniya)
Qadınlar
68 kq
1. İrina Zaretska (Azərbaycan)
2. Teresa Alisa Buçinger (Avstriya)
3. Marina Rakoviç (Monteneqro)
+68 kq
1. Masa Martinoviç (Xorvatiya)
2. Məltəm Hocaoğlu (Türkiyə)
3. İvanna Zartseva (Rusiya)
Triatlon, kişilər
1. Qordon Benson (Böyük Britaniya)
2. Joao Silva (Portuqaliya)
3. Rostislav Pevtsov (Azərbaycan)
Şərhlər