Tokioda bürünc medal
05.10.2015 13:48 Sport reaksiya 2240
Yaponiyanın Tokio şəhərində bədii gimnastika üzrə keçirilən klublararası dünya çempionatı başa çatıb.
Reaksiya.az xəbər verir ki, “Aeon Cup” adlı ənənəvi yarışda Azərbaycanı “Ocaq” İdman Klubunun üzvləri Marina Durunda, Ayşən Bayramova (böyüklər) və Jalə Piriyeva (gənc) təmsil edib.
Gənc gimnastımız Piriyeva fərdi çoxnövçülükdə ötən ilki nəticəsini təkrarlayaraq, mundialı yenə bürünc medalla başa vurub. Dörd çıxışın cəmində 61.716 xal toplayan Jalə, yalnız Rusiya gimnastı Alina Yermolova (1-ci yer) və Özbəkistan gimnastı Sabina Taşkenbayevayadan (2-ci yer) geridə qalıb.
Komanda hesabında isə gimnast, Rio-de-Janeyro-2016-ya lisenziyanı təmin edən Marina Durunda və bu yaxınlarda keçirilən dünya çempionatının iştirakçısı Ayşən Bayramova ilə birgə beşinci yerdə qərarlaşıb.
Şərhlər