"İnter" və millimizdə şok itki

05.10.2015 17:10     Sport reaksiya     2231

Azərbaycan yığmasının və "İnter"in hücumçusu Rauf Əliyev əməliyyat olunmalıdır.

Reaksiya.az xəbər verir ki, bunun üçün o, Almaniyaya yola düşəcək.

Zədəsi ciddi olan futbolçunun yaşıl meydana dönüşü gecikə bilər. Belə ki, Əliyevin təxminən 6-7 ay futbol oynaya bilməyəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Rauf Premyer Liqanın 4-cü turu çərçivəsində "İnter"ə qarşı oyunda zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmışdı.

 

Şərhlər