Bağlanış mərasiminə 23 min bilet satılıb - Açıqlama

15.06.2015 12:23     Sport reaksiya     2031

“Avropa Oyunları Əməliyyat Komitəsinin işindən çox mәmnunam. İdmançılar da əməliyyat komitәsinin fәaliyyәtindәn razıdır".
 
AzVision.az xəbər verir ki, bunu Bakı-2015 I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq mətbuat konfrasında deyib. O, bildirib ki, artıq 24 çempionun adı bәlli olub. 
 
“İlk üç gündən sonra medal siyahısına baxdıqda Azәrbaycanın birinci olduğunu görürük. Bu gün dә gәrgin yarışlar olacaq. Açılış mәrasimindәn sonra bağlanış mәrasiminә 8 min, dünәn isә 15 min bilet satılıb. Yerlərin 75 faizi tutulub. İndiyə qədər 23 min tamaşaçı 9 idman obyektində 20 müxtәlif yarışı izlәyib. 6 yarışda 100 faiz tamaşaçı iştirakı olub. Bu gün 7 mәkanda yarışlar keçirilәcәk. Aәrbaycanda bayram günü olduğuna görә 30 min tamaşanın iştirakını gözlәyirik”.
 

Şərhlər