"Liverpool"a yeni baş məşqçi

06.10.2015 03:34     Sport reaksiya     2022

İngiltərənin “Liverpul” klubu həftənin sonunadək Yurgen Kloppun komandaya baş məşqçi təyin edilməsinə dair rəsmi açıqlama yayacaq.

Reaksiya.az-ın verdiyi məlumata görə, 48 yaşlı almaniyalı mütəxəssis 2018-ci ilədək nəzərdə tutulmuş müqaviləni klubla razılaşdırıb.

Y.Klopp 2008-2015-ci illərdə "Borussiya" (Dortmund) klubunun baş məşqçısı olub. 

Qeyd edək ki, bundan əvvəl “Liverpul” klubunun rəhbərliyi Brendan Rocersi baş məşqçi vəzifəsindən istefaya göndərib. O, 2012-ci ilin iyunundan “Liverpul”a rəhbərlik edirdi. Hazırda komanda İngiltərə çempionatında 8 turdan sonra, 12 xalla 10-cu yerdə qərarlaşıb.

Şərhlər