Klubumuz "Qalatasaray"ı məğlub etdi
06.10.2015 05:41 Sport reaksiya 1918
Azərbaycanın “Telekom” qadın voleybol komandası Türkiyədə beynəlxalq yarışda ikinci qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Çengiz Göllünün xatirəsinə həsr olunan turnirin üçüncü turu çərçivəsində qardaş ölkənin “Qalatasaray” klubu ilə qarşılaşıb və rəqibini 3:0 hesabı ilə məğlub edib.
İlk tur çərçivəsində Türkiyənin “Bursa Böyükşəhər Bələdiyyəspor” klubuna qalib gələn baş məşqçi Zoran Qayiçin yetirmələri ikinci turda Polşanın “Atom” komandasına uduzmuşdu.
Bakı təmsilçisi oktyabrın 6-da Fransanın “Kann”, oktyabrın 7-də isə Rusiyanın “Proton Saratov” kollektivləri ilə üz-üzə gələcək.
Turnirdə ən çox xal toplayan komanda yarışın qalibi elan ediləcək.
Şərhlər