Çempionu öldürən azərbaycanlı tutuldu

06.10.2015 14:27     Sport reaksiya     2142

Sankt-Peterburq polisi uzun müddətdir Ukrayna tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşını həbs edib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, o, adam öldürməkdə təqsirləndirilir. 24 yaşlı Babək Dəmir oğlu Həsənov Ukraynanın boks üzrə çempionu Sergey Laşşenkonu qətlə yetirib. Hazırda polisin əlində olan azərbaycanlının Ukraynaya ekstradisiyasına hazırlıq görülür.

Xatırladaq ki, muay-tay döyüş növü üzrə Ukrayna çempionu olan Sergey Laşşenko aprel ayının 8-də Odessadakı Yəhudi xəstəxanası deyilən ərazidə travmatik tapançadan açılan atəş nəticəsində qətlə yetirilib.

Dostları ilə gəzintiyə çıxan idmançının Qafqaz millətindən olan şəxslərlə mübahisəsi düşüb və o güllələnib.

 

Şərhlər