Futbolçunun cəzasını atası çəkəcək
07.10.2015 03:01 Sport reaksiya 1795
İspaniyanın baş prokurorluğu Argentina yığma komandasının və “Barselona” futbol klubunun hücumçusu Lionel Messiyə vergidən yayınma işi üzrə ittiham irəli sürməməyi qərara alıb. Bununla yanaşı, belə görünür ki, cəzaya bir neçə il ərzində futbolçunun maliyyə məsələlərini idarə edən atası məruz qalacaq.
AZƏRTAC xəbər verir ki, hüquq mühafizə orqanları bir sıra məşhur idmançıları, o cümlədən Lionel Messini vergiləri ödəməməkdə şübhəli bilir. Ona görə də argentinalı futbolçu İspaniyada istintaq orqanları ilə əməkdaşlıq edərək, dövlət xəzinəsinə 10 milyon avrodan çox pul ödəyib. Bununla belə, onun üzərindən ittiham tam götürülməyib.
Eyni zamanda iddia olunur ki, ittiham tərəfi məşhur futbolçunun atası Xorxe Orasio Messiyə 18 aylıq azadlıqdan məhrumetmə cəzası istəyib.
Əvvəllər ata və oğul Messinin vergi orqanlarına 2,5 – 4 milyon avro ödəmədikləri bildirilirdi.
Şərhlər