FİFA prezidenti vəzifəsindən kənarlaşdırılıb
08.10.2015 00:26 Sport reaksiya 1785
FİFA prezidenti Yozef Blatter 90 gün vəzifəsindən kənarlaşdırılıb.
Reaksiya.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
“Prezident Blatter 90 gün vəzifəsinin icrasından kənarlaşdırıldı. Hələ ki, bildiyimiz yalnız budur”, deyə Blatterin müşaviri Klaus Ştelker bildirib.
BBC-nin məlumatına görə, Blatterin vəzifəsindən kənarlaşdırılmasına dair son qərarı FİFA-nın Etika Komitəsinin arbitraj palatasının başçısı Hans-Yoaxim Ekkert oktyabrın 8-də qəbul etməlidir.
Qeyd edək ki, sentyabrın 24-də İsveçrə prokurorluğu Y.Blatterə qarşı cinayət işi açıb.
Şərhlər