Türkiyə mətbuatı Kamran Ağayevi tənqid etdi

08.10.2015 10:57     Sport reaksiya     2142

Türkiyə mətbuatı millimizin üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka"nın ilk 7 turdakı statistik göstəricilərini açıqlayıb.

Reaksiya.az xəbər verir ki, qardaş ölkədən olan həmkarlarımız İzmir təmsilçisinin mövsümə uğursuz start verdiyini yazıb.

Xüsusilə qapı xəttindəki problemi qabardan mətbuat ilk 7 turda qapısında 11 top görən "Karşıyaka"nın son 10 ildə özünün anti-rekordunu təkrarladığını yazıb.

Belə ki, "yaşıl-qırmızılar" sonuncu dəfə 2005/06 mövsümündə bu nəticəyə "imza atıblar".

Şərhlər