Azərbaycan yığmasının üzvü finala vəsiqə qazandı

15.06.2015 15:47     Sport reaksiya     2021

Azərbaycanın avarçəkmə yığmasının əsas medal ümidi olan Valentin Demyanenko finala vəsiqə qazanıb.

“Apasport.az” saytının məlumatına görə, idmançımız ilkin mərhələdə 3-cü yürüşdə qüvvəsini sınayıb və 38,978 saniyə nəticə ilə birinci yeri tutub.

 

Bununla da o, yarımfinalda çıxış etmədən birbaşa finalda qüvvəsini sınamaq imkanı qazanıb.

 

Digər təmsilçimiz, kayakla 500 metr məsafədə finala yüksələn İnna Radomska-Osipenko 200 metr məsafədə də ilkin mərhələni uğurla adlayıb. 41,968 saniyə nəticə göstərən avarçəkənimiz 2-ci yürüşdə 5-ci olub. O, bu nəticə ilə yarımfinala yüksəlib. Bu gün saat 16:00-da başlayacaq yarımfinalda İnna 2-ci yürüşdə çıxış edəcək.

Şərhlər