Güləşçilərimiz növbəti medal qazandı
08.10.2015 17:37 Sport reaksiya 2063
Koreya Respublikasının Munqyeonq şəhərində hərbçilərin VI Dünya Oyunları keçirilir. Yarışda Azərbaycanın idman şərəfini Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-roma güləşi üzrə komandası təmsil edir.
Reaksiya.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki,sərbəst güləş yarışlarının ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcələrində güləşçilər mübarizə aparıblar. İdmançılarımız günü bir gümüş medalla başa vurublar. Yarışda 70 kq çəki dərəcəsində mübarizə aparan Coşqun Əzimov finala qədər inamla mübarizə aparıb. Ardıcıl olaraq Livandan Kamal əl-Katibi (13:1), Ukraynadan Yevgeni Xavilovu (10:2), yarımfinalda isə Monqolustan təmsilçisi Ganzoriç Mandaxnaranı (6:3) yarışlardan kənarlaşdıran Coşqun Əzimov, həlledici görüşdə Rusiya idmançısı Soslan Romanova uduzaraq gümüş medalla kifayətlənməli olub.
Yunan-roma güləşçilərimiz isə oktyabrın 9-u və 10-da mübarizəyə qoşulacaqlar. Yarışlarda Azərbaycanı Ramiz Məmmədov (59 kq), Samran Nəsibov (71 kq), Cavid İbrahimli (75 kq), Rafiq Hüseynov (80 kq), Soltan İsmayılov (85 kq) və Türmən Eyyubov (98 kq) təmsil edəcəklər.
Şərhlər