İki avarçəkənimiz finaldadır

15.06.2015 16:26     Sport reaksiya     2083

Azərbaycan idmançısı Valentin Demyanenko I Avropa Oyunlarında kişilər arasında kanoe ilə 200 metrlik məsafəyə avarçəkmə üzrə yarışların final mərhələsinə vəsiqə qazanıb.

Trend-in məlumatına görə, idmançımız təsnifat mərhələsində 38,978 saniyə nəticə ilə birinci yeri tutub.

Portuqaliya təmsilçisi Silva Helder və macar Conatan Hacdu da final mərhələsinə yüksəlib.

Digər təmsilçimiz İnna Radomska-Osipenko 200 metr məsafədə ilkin mərhələni uğurla adlayıb. Məsafəni 41,968 saniyə nəticə ilə qət edən avarçəkənimiz ikinci yürüşdə 5-ci olub ki, bu nəticə ilə də yarımfinala yüksəlib. Yarımfinalda isə İ.Radomska-Osipenko ikinci yürüşdə çıxış edərək 40.163 saniyə nəticə ilə finala yüksəlib.

Final görüşü sabah saat 15:05-də baş tutacaq.

Digər idmançımız Mirnazim Cavadov isə kayakla 200 metr məsafəni qətetmə yarışında çıxış edib. O, 36,298 saniyə nəticə ilə 7-ci olub. Bu nəticə onu yarımfinala aparıb.

Şərhlər