Yurgen Klopp rəsmən "Liverpul"da

09.10.2015 06:20     Sport reaksiya     2043

Dortmund "Borussiya"-nın keçmiş məşqçisi Yurgen Klopp İngiltərə futbol klubu "Liverpul"-un yeni baş məşqçisi təyin olunub. Reaksiya.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Klub rəhbərliyi, komandanın bazar günü "Everton"-a qarşı oyunda göstərdiyi qeyri-kafi nəticələrə görə, baş məşqçi Brendan Rocersi istefaya göndərib.

Yeni məşqçi ilə müqavilənin müddəti dəqiqləşməyib, lakin bəzi KİV-lərin məlumatına görə, müqavilə 1 sezon uzadılma ehtimalı ilə 3 il müddətinə bağlanılıb.

Qeyd edək ki, hal-hazırda "Liverpul" İngiltərə Premyer Liqasında 8 turdan sonra 12 xalla 10-cu yerdə qərarlaşıb.

Şərhlər