UEFA xahiş etdi - Millimizin oyunu "CBC Sport"da

09.10.2015 12:24     Sport reaksiya     2616

Futbol üzrə "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Azərbaycan - İtaliya matçını CBC kanalı çəkəcək.

Reaksiya.az xəbər verir ki, bu barədə "CBC Sport" kanalı rəsmi "facebook" səhifəsində məlumat yayıb:

"CBC Sport" kanalı İtaliyanın RAİ telekanalı üçün Azərbaycan - İtaliya qarşılaşmasını çəkəcək. UEFA-nın xahişinə əsasən, yayım keyfiyyətini yüksəltmək üçün İctimai və AzTV üçün də çəkilişi "CBC Sport" edəcək. Biz böyük məmnuniyyətlə AzTV-dən olan həmkarlarımıza onların kanalında yayımın keyfiyyətinin daha yüksək olmasına kömək etməyə razılaşdıq".

Şərhlər