"Qarabağ"ın müdafiəçisi Ermənistana qarşı oynamayacaq

09.10.2015 12:42     Sport reaksiya     2112

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli İrəvanda oynaya bilməyəcək.

Reaksiya.az xəbər verir ki, Albaniya millisinin heyətində dünən Serbiyaya qarşı oyunda sarı vərəqə görən təcrübəli futbolçu cəzalı duruma düşüb.

79-cu dəqiqədə xəbərdarlıq alan müdafiəçi turnirdə 3-cü dəfə sarı vərəqə görüb. Bu isə o deməkdir ki, seçmə mərhələ Aqolli üçün başa çatıb. Cəzalı duruma düşən Aqolli komandasını sonuncu turun Ermənistanla vacib oyununda iştirak edə bilməyəcək.

Final mərhələsinə birbaşa vəsiqə qazanmaq üçün İrəvanda qalib gəlməyə borclu olan Albaniya yığmasına belə əhəmiyyətli matçda kömək etməyəcək müdafiəçi yalnız pley-off və ya Fransa-2016-da meydana çıxacaq.

Şərhlər