Azərbaycan - İtaliya oyununa rekord sayda bilet satıldı

09.10.2015 16:33     Sport reaksiya     2787

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Azərbaycan - İtaliya oyununa bilet satışı davam edir.

Reaksiya.az xəbər verir ki, artıq bu oyuna 40 000 bilet satılıb.

Lakin bu göstərici oyun saatına qədər arta bilər.

Qeyd edək ki, Azərbaycan - İtaliya qarşılaşması oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək. Sözügedən arena 69 800 azarkeş tutur.

 

Şərhlər