Güləşçimiz dünya çempionatının yarımfinalına vəsiqə qazanıb
11.10.2015 00:59 Sport reaksiya 1832
Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatı davam edir. Reaksiya.az-ın məlumatına görə, bu gün yarışda 1/4 final mərhələsinə start verilib.
Boksçularımızdan əvvəlcə Rüfət Hüseynov (49 kq) ukraynalı Dmitri Zamotayevə uduzub - 1:2.
Dünya çempionatının daha bir debütantı Tayfur Əliyev də (56 kq) yarışla 1/4 final mərhələsində vidalaşıb. Milli komandamızın üzvü irlandiyalı Maykl Konlanla görüşdən məğlub ayrılıb - 0:3.
Günorta proqramında rinqə çıxan 3-cü boksçumuz - Lorenzo Sotomayor da uduzub. 64 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz rusiyalı Vitali Dunaytsevlə bacarmayıb.
Nəhayət ki, Abdulqadir Abdullayev (91 kq) azarkeşləri qələbə ilə sevindirib. Boksçumuz 1/4 finalda argentinalı Yamil Peralta ilə dueldən qalib ayrılıb - 3:0. Millimizin üzvü yarımfinalda kubalı Erislandi Savonla üz-üzə gələcək. Həmin görüş sabah axşam proqramında olacaq.
Şərhlər