Azərbaycan boksçusu bürünc medal aldı
12.10.2015 10:08 Sport reaksiya 2063
Oktyabrın 11-də Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatının yarımfinal mərhələsinə start verilib.
Reaksiya.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü, dünya çempionatının debütantı Abdulqadir Abdullayevin (91 kq) yarımfinalda kubalı Erislandi Savonla ilə gərgin keçən qarşılaşması Kuba boksçusunun üstünlüyü ilə yekunlaşıb. Beləliklə, idmançımız dünya çempionatını bürünc medalla başa vurub.
Yarımfinal mərhələsinə yüksələn digər üç boksçumuz isə bu mərhələdəki görüşlərini oktyabrın 12-də keçirəcəklər.
Həmin gün millimizin digər üzvü Elvin Məmişzadə (52 kq) yarımfinalda əlcəzair nümayəndəsi Məhəmməd Flissi ilə döyüşəcək.
Dünya və Avropa çempionu Albert Səlimov (60 kq) braziliyalı Robson Donato ilə üz-üzə gələcək.
Birinci Avropa Oyunlarının qalibi Pərviz Bağırov (69 kq) isə Danyar Elesuinovla (Qazaxıstan) qarşılaşacaq.
Xatırladaq ki, 52 kiloqram çəki dərəcəsində finalçılar, 60 və 69 kiloqram çəki dərəcələrində ilk üç yerlərin sahibləri “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ əldə edəcəklər.
Şərhlər