Rəsul Çunayev reytinq cədvəlində birinci oldu

12.10.2015 16:12     Sport reaksiya     2139

Rəsul Çunayev Dünya Güləş birliyinin reytinq cədvəlində birinci olub.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilib.

Məlumata görə, xidmətin hərbi qulluqçusu, dünya kubokunun qalibi, gənclər və yeniyetmələr arasında Avropa çempionu, Yunan-Roma güləşi üzrə 71 kiloqram çəki dərəcəsində Birinci Avropa Oyunlarının çempionu leytenant Rəsul Çunayev Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatının qızıl medalını qazandıqdan sonra Dünya Güləş birliyinin reytinq cədvəlində birinci yerdə qərarlaşıb.

Şərhlər