İdmançımız finala vəsiqə qazanıb

13.10.2015 00:21     Sport reaksiya     1905

Qətərin paytaxtı Dohada davam edən boks üzrə dünya çempionatından sevindirici xəbər gəlib.

Reaksiya.az-ın məlumatına görə, 52 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Elvin Məmişzadə yarımfinal görüşündə əlcəzairli Muhammed Flissi məğlub edib.

Texniki nokautla qalib gələn təmsilçimiz finala adlamaqla həm də 2016-cı ildə baş tutacaq Rio Olimpiadasına lisenziyanı təmin edib. O, finalda kubalı Yosbani Veyta ilə qızıl medal savaşına çıxacaq.

Bu gün daha iki boksçumuzun görüşü keçiriləcək.

60 kq-dakı təmsilçimiz Albert Səlimov braziliyalı Robson Donato ilə münasibətlərinə aydınlıq gətirəcək.

69 kq üzrə isə Pərviz Bağırov qazaxıstanlı Daniyar Elesuinov ilə döyüşəcək.

Şərhlər