Millimiz bu gün son oyununa çıxır

13.10.2015 14:00     Sport reaksiya     2247

Bu gün futbol üzrə "Avro-2016"nın seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

Reaksiya.az xəbər verir ki, millimiz də qrupunda sonuncu sınağına çıxacaq.

Robert Prosineçkinin komandası səfərdə Bolqarıstan seçməsi ilə qarşılaşacaq. Yığmamız seçmə mərhələyə qələbə ilə yekun vurmağa çalışacaq.

Görüş Bakı vaxtı ilə 23:45-də başlayacaq.

"Avro-2016"nın seçmə mərhələsi

13 oktyabr

23:45. Bolqarıstan - Azərbaycan

Hakimlər: Tomaş Boqnar, Peter Beretyan, Qabor Eros və Teodoros Georgiu (hamısı Macarıstan)

Sofiya. "Vasil Levski" stadionu

Şərhlər