Premyer Liqada 2 oyunun vaxtı dəyişdi
13.10.2015 14:06 Sport reaksiya 2156
Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək, Premyer Liqanın VIII turunun “Neftçi” – “Qəbələ” matçının bir gün tez keçirilməsini xahiş edib.
Reaksiya.az xəbər verir ki,bu haqda PFL-in saytı məlumat yayıb.
Bildirilir ki, "Qəbələ"nin mötəbər turnirdəki çıxışını və canlı yayımı nəzərə alan PFL VIII turun oyun cədvəlində dəyişiklik edib.
“Neftçi” – “Qəbələ” matçı 18 oktyabr 2015-ci il tarixindən 17 oktyabr 2015-ci il tarixinə keçirilib. Canlı yayımla əlaqədar olaraq “Sumqayıt” – “İnter” matçı 17 oktyabrda deyil, 18 oktyabr tarixində baş tutacaq.
Şərhlər