Azərbaycanlı hakim Ermənistanın oyununda

13.10.2015 14:50     Sport reaksiya     2172

Futzal üzrə FIFA referisi Yusif Nurullayev dünya çempionatına təyinat alıb.

Reaksiya.az xəbər verir ki, o, ilkin seçmə mərhələnin 4-cü qrupunda keçiriləcək oyunlarda ədaləti bərpa edəcək.

Qrupda Kipr, Latviya, Ermənistan və Estoniya yığmaları mübarizə aparacaq.

Oyunlar oktyabrın 22, 23 və 25-də Kiprdə keçiriləcək.

Şərhlər