Yığmamız biabırçılığı unutdura biləcəkmi?

13.10.2015 15:02     Sport reaksiya     2233

21 yaşadək futbolçular arasında keçirilən "Avro-2017"nin seçmə mərhələsinin oyunları davam edir.

Reaksiya.az xəbər verir ki, 7-ci qrupda mübarizə aparan milli komandamız bu gün növbəti sınağına çıxacaq.

Yaşar Vahabzadənin komandası evdə Finlandiyanı qəbul edəcək. Son matçında səfərdə Avstriyaya 0:7 hesabı ilə uduzan komandamızın qrup lideri ilə görüşdə necə təsir bağışlayacağı maraqla gözlənilir.

Qeyd edək ki, seçmə mərhələnin ilk görüşündə Farer adalarına 1:0 hesabı ilə qalib gələn millimiz ardından evdə Avstriyaya 0:2, Almaniyaya isə 0:3 hesabı ilə uduzub. Son görüşündə isə yığmamız səfərdə Avstriyaya böyük hesabla məğlub olub - 0:7.

13 oktyabr

"Avro-2017"nin seçmə mərhələsi

19:00. Azərbaycan - Finlandiya

Hakimlər: Milan İliç, Milan Miniç, Srdan Milutinoviç və Robert Çepegi (hamısı Serbiya)

Bakı. "Dalğa Arena".

Şərhlər