Tanınmış futbolçu həbs edildi - İntim video qalmaqalı

13.10.2015 15:21     Sport reaksiya     2226

Fransa polisi futbol üzrə ölkə yığmasının keçmiş hücumçusu Cibrilya Sisseni həbs edib.

Reaksiya.az  APA-ya istinadən xəbər verir ki, o, hazırda Fransanın "Lion" komandasının şərəfini qoruyan həmyerlisi Matye Valbuenanı şantaj etməkdə təqsirləndirilir.

C. Sisse ilə yanaşı, adları açıqlanmayan daha 3 nəfər həbs edilib. Onlar Valbuenanı intim məzmunlu video ilə şantaj etməkdə təqsirləndirilirlər.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, şantaj məsələsində C. Sissenin rolu az olduğuna görə  bu yaxınlarda o, sərbəst buraxılacaq.

Xatırladaq ki, M. Valbuena C. Sisse ilə birlikdə 2006-2009-cu illərdə Fransanın "Marsel" komandasının şərəfini qoruyub.

Şərhlər