"Qızıl buts"u bu dəfə də o aldı

14.10.2015 00:22     Sport reaksiya     1913

"Real"ın portuqaliyalı ulduzu Kriştiano Ronaldo "qızıl buts" mükafatını alıb. Reaksiya.az-ın məlumatına görə, Ronaldoya 2014/15 mövsümündə Avropa liqalarında bombardir olmasına görə mükafat Madriddəki "Palace otel"də təqdim olunub. Tədbirdə Ronaldonun anası və 5 yaşlı oğlu da iştirak edib.

Bu, portuqaliyalının karyerası ərzində qazandığı 4-cü "qızıl buts" olub.

Ronaldo çıxış edərək, bunları deyib: "Daha çoxunu istəyirəm. Mümkünsə, 5-ci "qızıl buts"umu da bu mövsümün sonunda qazanmaq istərdim.

"Real" klubu olaraq, hər zaman titullar əldə etmək üçün mübarizə aparırıq. Bu mövsümdə də Çempionlar Liqasını və Kral kubokunu qazanmağı əsas hədəf kimi görürəm". 

Şərhlər