Millimiz sonuncu oyununda məğlub oldu - VİDEO

14.10.2015 01:40     Sport reaksiya     2025

AVRO-2016-nın seçmə mərhələsində "H" qrupunda mübarizə aparan futbol üzrə yığma komandamız bu gün Bolqarıstanın qonağı olub. Oyunun əvvəlindən üstünlüyü ələ alan meydan sahibləri 20-ci dəqiqədə hesabı açıb. Mihail Aleksandrov baş zərbəsi ilə topu qapımızdan keçirib. İlk hissə bu hesabla başa çatıb. 56-cı dəqiqədə Dimitar Rangelov yenə də baş zərbəsi ilə fərqlənib. Oyun bu hesabla da başa çatıb.

Beləliklə millimiz 6 xalla qrupda 5-ci yerdə qərarlaşıb.

Şərhlər