Türkiyə millisindən tarixi qələbə! - VİDEO

14.10.2015 02:02     Sport reaksiya     2417

Türkiyənin futbol üzrə yığma komandası bu gün Avro-2016-nın seçmə mərhələsində sonuncu oyunda İslandiyanı qonaq edib. 89-cu dəqiqədə Səlcuq İnanın vurduğu qolla qələbə qazanan qardaş ölkə təmsilçisi turnirə birbaşa vəsiqə qazanıb. Belə ki, hər qrupdan ilk iki yeri tutan komandalardan başqa bütün qruplar üzrə aktivində ən çox xal olan 3-cü komanda da turnirə birbaşa vəsiqə əldə edəcəkdi. Qazaxıstanın səfərdə Litvanı minimal hesabla məğlub etməsi, Norveçin də İtaliyaya məğlub olması Türkiyənin ən çox xalı olan komanda olmasına səbəb olub və beləliklə qonşularımız birbaşa iştirak vəsiqəsi əldə edib.

Şərhlər