Ermənilər albanlarla oyunda rüşvət alıb?
14.10.2015 01:08 Sport reaksiya 1788
UEFA AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutmuş Ermənistan – Albaniya (0:3) oyunu haqqında təhqiqata başlayıb. Reaksiya.az-ın xarici mətbuata istinadən məlumatına görə, artıq oyunla bağlı iddialar nəzərdən keçirilir və ali futbol qurumu məsələ ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, Danimarka və Serbiya mətbuatı Ermənistanın 4 oyunçusunun Albaniyadan rüşvət aldığını əvəzində isə məğlubiyyətə şərait yaratdıqlarını iddia etmişdi.
Əgər iddialar doğru olsa və albanların günahı sübuta yetirilsə, bu halda onların yerinə Danimarka Avropa Çempionatının final mərhələsində oynayacaq. Pley-off oyunlarında isə Serbiya çıxış edəcək.
Şərhlər