Hollandiyadan son 30 ildə bir ilk

14.10.2015 02:13     Sport reaksiya     1887

Futbol üzrə Hollandiya yığması 2016-cı ilin yayında Fransada keçiriləcək Avropa çempionatına vəsiqə qazana bilməyib.

Reaksiya.az xəbər verir ki, hollandlar "A" qrupunda dördüncü yeri tutublar və hətta play-off oyunlarına da düşə bilməyiblər.

Belə olan halda, Avropa çempionatı 1984-cü ildən bu yana ilk dəfə olaraq Hollandiyasız keçiriləcək.

Hollandiya Avro-2016-nın təsnifat mərhələsində keçirdiyi son oyunda Çexiya yığmasına 2:3 hesabı ilə məğlub olub.

Şərhlər