Dünyada 3 sürətli şahmatçıdan biri azərbaycanlıdır
14.10.2015 03:33 Sport reaksiya 1895
Oktyabrın 10-da Almaniyanın Berlin şəhərində start götürən sürətli şahmat üzrə dünya çempionatı başa çatıb.
Reaksiya.az-ın məlumatına görə, dünyanın ən güclü şahmatçıları da daxil olmaqla, 46 ölkədən 158 şahmatçının qələbə uğrunda mübarizə apardığı yarışda Azərbaycanı beynəlxalq qrossmeysterlər Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Namiq Quliyev təmsil ediblər.
Çempion adını 15 turdan aktivinə 11.5 xal yazan Norveç təmsilçisi, klassik şahmat üzrə dünya çempionu Maqnus Karlsen qazanıb.
Təmsilçimiz T.Rəcəbov, rusiyalı İan Nepomniatçi və Kuba şahmatçısı Perez Leyner Dominqez hərəyə 10.5 xal toplayaraq 2-4-cü yerləri bölüşdürüblər. T.Rəcəbov əlavə göstəricilərə görə bürünc medala sahib olub.
Ş.Məmmədyarov 10 xal toplyaraq 5-12-ci yerləri bölüşdürərək əlavə göstəricilərə görə 10-cu olub. Q.Hüseynov 9.5 xalla 24-cü, Rauf Məmmədov 8 xalla 52-ci, E.Səfərli isə 54-cü pillədə qərarlaşıb.
Çempionat İsveçrə sistemi üzrə 15 turdan ibarət olaraq keçirilib. Oktyabrın 13-14-də isə blits turnir keçiriləcək
Şərhlər