“Ən pis oyunumuzu oynadıq” - Baş məşqçi
14.10.2015 03:49 Sport reaksiya 1817
“Rəqibi qələbə münasibətiylə təbrik edirəm. Millidə çalışdığım dövr ərzində ən pis oyunumuzu oynadıq. Rəqib çox istəkli idi. Səhvlərimizi analiz edib üzərində işləyəcəyik”.
Reaksiya.az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.
AVRO-2016-nın seçmə mərhələsi son oyununda səfərdə Bolqarıstanla qarşılaşan milli komandamız matçdan 0:2 hesablı məğlubiyyətlə ayrılıb. Qarşılaşmadan sonra xorvat çalışdırıcı sualları cavablandırıb:
- Maksim Medvedev əvəzləndikdən sonra birbaşa paltardəyişəmə otağına getdi. Onun əvəzlənməsi nə ilə bağlı idi?
- Təəssüf ki, zədə ilə bağlı idi. O, ayağından zədə alıb. Zədəsinin nə dərəcədə ciddi olması barədə məlumatımız yoxdu.
- Fasilədən sonra ilk 15 dəqiqədə oynanılan oyunu bütün oyunda sərgiləmək üçün nə etmək lazımdı?
- Bayaq dedim ki, millidə olduğum dövrdə ən pis oyunumuz sərgilədik. Bir neçə gün öncə İtaliya ilə çətin oyun oynamışıq. Bir qədər yorğunluq var idi. İkinci hissənin əvvəllərində üstün oynadıq, ancaq rəqib ikinci qolu vurduqdan sonra komanda həvəsdən düşdü.
Şərhlər