Yeni mövsümə start verilir - Azərbaycan kuboku

14.10.2015 11:07     Sport reaksiya     2186

Bu gün ölkə kubokunda yeni mövsümə start veriləcək.

Reaksiya.az xəbər verir ki, 1/16 final mərhələsində birinci divizion klubları üz-üzə gələcəklər.

Eyni saatda başlayan qarşılaşmalarda MOİK "Turan Tovuz"u, "Şahdağ" "Şəmkir"i qəbul edəcək.

Tura "Şərurspor" "Qaradağ Lökbatan" oyunu ilə yekun vurulacaq.

Azərbaycan kuboku, 1/16 final mərhələsi

14 oktyabr

 

14:00. MOİK – “Turan Tovuz”

Hakimlər: Əmrah İbrahimov, Rahil Ramazanov, Vüsal Qənbərov, Alik Yunusov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

 

14:00. “Şahdağ” – “Şəmkir”

Hakimlər: Ömər Paşayev, Coşqun Həsənov, Kamran Bayramov, Elgün Hüseynov

Şövkət Orduxanov adına Qusar şəhər stadionu.

 

20:00. “Şərurspor” – “Qaradağ Lökbatan”

Hakimlər: Anar Niyazov, Yaşar Abbasov, Şakir Quliyev, Qorxmaz Eldarov

Bakı. “Bayıl Arena”.

Şərhlər