Aqoli İrəvanda "Azerbaijan people qardaş" dedi - VİDEO

14.10.2015 17:17     Sport reaksiya     2507

Xəbər verildiyi kimi, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Ermənistan yığması öz evində Albaniyanı qəbul edib və 0-3 hesabı ilə uduzub.

Reaksiya.az xəbər verir ki, albanların heyətində "Qarabağ"ın şərəfini qoruyan Ansi Aqoli də olub. O, İrəvanda da heç nədən qorxmadan "Qarabağ"a sadiq olduğunu göstərib. Azərbaycana dəstək verən futbolçu "Azerbaijan people qardaş" deyərək ermənilərə mesaj göndərib.

Ağdamın “Qarabağ”  futbol klubunun mətbuat katibi Nurlan İbrahimov da bu haqda özünün Facebook səhifəsində yazıb: “O, legioner olsaydı, AZƏRBAYCAN sözünə görə başına nələrsə gələ biləcəyindən çəkinərdi. İrəvanda, düşmənlərin içində cəsarətini, xırda da olsa xidmətini göstərdi...

O, bizdən biridi... Ağdamda oynasaq, “Barselona”nı yenərdik deyəcək qədər “Qarabağ”lı və Azərbaycanlı..

İ am proud of you man! You deserve the best  (Mən sizinlə fəxr edirəm! Siz ən yaxşısına layiqsiniz).

Şərhlər