Bakı 2015-də gümüş medal aldıq

16.06.2015 15:45     Sport reaksiya     2051

Demyanenko kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə nəticə göstərib

Bakı-2015 I Avropa Oyunlarında avarçəkmə yarışları keçirilib. 

"Reaksiya.az" ANS PRESS-ə istinadən məlumat verir ki , Mingəçevirdə keçirilən yarışda təmsilçimiz Valentin Demyanenko Avropa Oyunlarının gümüş mükafatını qazanıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışda 2-ci olub.

Demyanenko yarışın qalibi latviyalı Henrikas Justautasdan geri qalıb. Çexiyalı Marton Foksa isə 3-cü olub.

Digər təmsilçimiz Mirnazim Cavadov 200 metr məsafəyə kayak yarışlarında B finalında start xəttinə çıxıb. O, 7-ci olub.

Şərhlər

Çox oxunanlar