Mourinyoya ağır cəza
15.10.2015 04:30 Sport reaksiya 2191
İngiltərə Futbol Federasiyası “Çelsi”nin baş məşqçi Joze Mourinyonu cəzalandırıb.
Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb portuqaliyalı mütəxəssisin son turda “Souzhempton”la oyundan sonra hakimləri təhqir etməsi olub.
O, 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra hakimləri qorxaq adlandırıb: “Hakimlər “Çelsi”nin leyhinə qərar verməkdən qorxur. Federasiya istədiyi vaxt məni cəzalandırır, amma digər məşqçilərə qarşı bunu etmirlər”.
Bu açıqlamarına görə, Mourinyonu bir oyunluq cəzalanıb, 50 min funtsterlinq cərimə olunub.
Şərhlər