Daha bir baş məşqçi istefaya göndərildi
15.10.2015 06:39 Sport reaksiya 1837
AVRO-2016-nın təsnifat mərhələsində lazımi nəticəni göstərməyən daha bir milli komanda baş məşqçisinə qapını göstərib.
Reaksiya.az goal.az-a istinadən xəbər verir ki, İsrail millisinin çalışdırıcısı Eli Qutman tutduğu vəzifədən azad olunub. Bu barədə İsrail Futbol Federasiyasının tvitter səhifəsi məlumat yayıb.
Komanda seçmə mərhələyə yaxşı başlasa da, sonda 4-cü yeri tutaraq pley-off oyunlarında iştirak hüququ da qazana bilməyib. Onun yer aldığı B qrupundan Belçika və Uels birbaşa Avropa çempionatına yollanacaq. Bosniya-Hertzeqovina isə pley-off raundunu keçməlidir.
Şərhlər