Messi Ardaya zəng etdi - “Möcüzəni bacardınız”

15.10.2015 10:07     Sport reaksiya     2246

Türkiyə millisinin İslandiyanı doğma meydanında 1-0 yendikdən sonra Fransada keçiriləcək Avropa çempionatına birbaşa vəsiqə qazanması “Barselona”nın argentinalı ulduzu Lionel Messinin də diqqətindən yayınmayıb.

Reaksiya.az xəbər verir ki, o, matçdan sonra komanda yoldaşı Arda Turana zəng edərək onu təbrik edib:

“Möcüzəni bacardınız. Türkiyə Avropa Çempionatına rəng qatacaq".

Messi ilə yanaşı “Atletiko Madrid”in baş məşqçisi Simeone, keçmiş komanda yoldaşları Filipe Luis və Koke də onu təbrik edib.

“Barselona”nın baş məşqçisi Luis Enrike də Ardaya xoş sözlər deyib:

"Çox yaxşı bir işi sona çatdırdınız. Bu oyunda əla oynadın. Bravo".

Şərhlər