UEFA klublarımıza pul ayırdı

15.10.2015 10:37     Sport reaksiya     2145

2015/2016-cı il mövsümündə Futbol üzrə Avropa Liqasının qrup mərhələsinə yüksəlmiş “Qarabağ” və “Qəbələ” klublarına UEFA-nın ayırdığı vəsaitin həcmi açıqlanıb. Reaksiya.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA Azərbaycanın 2 klubuna üst-üstə 2,4 milyon avro vəsait ayırıb. 

AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada hər iki klubun hesabına köçürülüb.

Şərhlər